“Tottenhem”də ciddi itki: "Qalatasaray"la matçı buraxacaq
07.11.2024 - 12:56
“Tottenhem”də ciddi itki: "Qalatasaray"la matçı buraxacaq

“Tottenhem”də çıxış edən braziliyalı hücumçu Riçarlison Premyer Liqada “Aston Villa” ilə matçda zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu futbolçunun bud nahiyəsindən zədə aldığını bildirib. Mütəxəssisin sözlərinə görə, Riçarlison bir müddət xəstəxanada qalacaq. Onun sağalması üçün dəqiq vaxt açıqlanmayıb.

Beləliklə, 27 yaşlı oyunçu Avropa Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində baş tutacaq "Qalatasaray"la matçı buraxacaq. 

Riçarlison İngiltərə Premyer Liqasının cari mövsümündə 5 oyun keçirib, 1 məhsuldar ötürmə verib. Onun komandası 10 turdan sonra 16 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qalatasaray" - "Tottenhem" matçı bu gün 21:45-də "Rams Park"da baş tutacaq. 

writer photo
Əlirza Əlirzalı
0