"Tottenhem"dən Keyn üçün yeni təklif
14.07.2023 - 17:12
"Tottenhem"dən Keyn üçün yeni təklif

"Tottenhem" hücumçu Harri Keyni komandada saxlamağın yollarını axtarır.

Apasport.az saytı xəbər verir ki, London klubunun direktoru Daniel Levi 29 yaşlı forvardla görüşərək ona yeni təkliflərini təqdim edib.

Futbolçu karyerasını bitirdikdən sonra ona klubda qalıb işləməyi təklif edən Levi yeni müqavilə imzalayacağı təqdirdə həftəlik maaşını 400 min funt-sterlinqə qədər artıracaqlarını deyib.
Son təklifləri düşünəcəyini bildirən İngiltərə millisinin üzvü yaxın günlərdə cavab verəcəyini bildirib.

Qeyd edək ki, PSJ və “Bavariya”nın hədəfində ola Keyn ötən mövsüm Premyer Liqada 38 oyunda 30 qol vurub və 3 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0