Türkiyə Futbol Federasiyasında yeni təyinat
23.07.2024 - 15:39
Türkiyə Futbol Federasiyasında yeni təyinat

Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Şurasına yeni təyinat olub.

Apasport.az xəbər verir ki, Ferhat Gündoğdu şuranın yeni rəhbəri seçilib.

O, əvvəl də bu vəzifəni icra edib. 2021-ci ildə cəmi 6 ay çalışdıqdan sonra uzaqlaşdırılıb.

Ferhat Gündoğdu Ankara Universitetində idmanın idarəedilməsi ixtisası üzrə həm magistr, həm də doktorantura təhsili alıb. 

Qeyd edək ki, Mərkəzi Hakimlər Şurasının əvvəlki sədri Ahmet İbanoğlu 2 gün əvvəl şuranın digər üzvləri ilə birgə istefa verib.
 

writer photo
Əlirza Əlirzalı
0