Türkiyə Kubokunda yeni format
14.06.2024 - 20:53
Türkiyə Kubokunda  yeni format

Türkiyə Futbol Federasiyasının İdarə Heyəti 2024-2025-ci il mövsümündə Türkiyə Kubokunun yeni formatda keçirilməsinə qərar verib.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat verib. 

Yeni format seçmə mərhələlərdən, qrup mərhələsi və finallardan ibarət olacaq. Seçmə və final turları tək matçdan ibarət olacaq. 

Növbəti mövsüm Çempionlar Liqasında da tətbiq olunacaq İsveçrə sistemi üzrə qrup oyunları 6 komandadan ibarət 4 qrupda, 24 komandanın iştirakı ilə keçiriləcək. 

Qruplarda iştirak etmək hüququ qazanacaq 24 komanda şıxış etdiyi liqa və uğur sırasına görə sıralanaraq 3 səbətə bölünəcək. Hər şəbətdən 2 olmaqla 6 komanda bir qrup təşkil edəcək. Qrupdakı hər komanda A, B və C qruplarından hər biri 1 komanda ilə ümumilikdə 3 oyun keçirəcək. Qrup yarışları nəticəsində ilk 2 yeri tutan komanda 1/4 finala yüksələcək.

Yeni mövsümdə Türkiyəni UEFA kuboklarında təmsil edəcək 5 komanda qrup yarışlarında birbaşa iştirak edəcək. Digər 19 komanda isə seçmə mərhələlərdən sonra qrupda iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, növbəti mövsümlərdən etibarən Super Kubok yeni formatı ilə oynanılacaq. Yeni formata görə, Super Kubok 2024-2025 mövsümü Super Liqa çempionu və Super Liqa ikincisi, Türkiyə Kuboku çempionu və Türkiyə Kubokunun finalistinin iştirak edəcəyi dördlü şəkildə oynanılacaq.

writer photo
Əlirza Əlirzalı
0