Türkiyə Superliqasının "İstanbulspor" - "Trabzonspor" matçında ev sahibi komandanın prezidenti futbolçularını meydanı tərk etməyə vadar edib.
Apasport.az xəbər verir ki, "İstanbulspor"un prezidenti" 2-ci hissədə "Trabzonspor"lu Onaçunun vurduğu qoldan sonra bu addımı atıb.
Qol VAR-da uzun müddət incələndikdən sonra sayılıb, evsahibi komandanın prezidenti Ecmel Faik Sarıalioğlu isə qoldan öncə fol olduğunu iddia edərək stadiona daxil olub və futbolçuları oyunu yarımçıq qoyaraq paltardəyişmə otağına yollanmağa məcbur edib.
Qeyd edək ki, ötən turda da "Ankaragücü" klubunun prezidenti görüşün baş hakimi Halil Umut Meleri yumruqla vuraraq gündəmi zəbt etmişdi.
- Şahruddin Məhəmmədəliyev: "Milli onsuz da hər zaman yüksək təzyiq altında oynayır" - Müsahibə
- “Apasport”dan 8 uduş, “Ödənişli” kuponlarda daha bir dubl
- Azərbaycanla Türkiyənin Kanoe və Avarçəkmə Federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
- 3,28 əmsallıq KUPON
- Keynin əvəzləyicisi Almaniyadadır