Türkiyə Superkubokunun yeri dəyişdirilir?
08.11.2023 - 13:01
Türkiyə Superkubokunun yeri dəyişdirilir?

Türkiyə Superkubokunun yeri dəyişdirilə bilər.

Apasport.az xəbər verir ki, həlledici matçın iştirakçıları görüşün Türkiyədə keçirilməsini istəyir.

“Qalatasaray” və “Fənərbaxça” Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyini qeyd etmək üçün bu oyunun ölkə daxilində keçirilməsi təşəbbüsünü irəli sürüblər. “Fənərbaxça” rəhbərliyi İstanbuldakı Atatürk Olimpiya Stadionunda təklif edir. Digər variant isə "Samsunspor"un ev oyunlarını keçirdiyi stadiondur. "Qalatasaray" da Superkubok görüşünün keçiriləcəyi məkan məsələsini müzakirəyə çıxarmaq niyyətindədir. 

Qeyd edək ki, Türkiyə Superkuboku uğrunda keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” matçı dekabrın 29-da Səudiyyə Ərəbistanında baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0