Türkiyə yığması AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində qrup liderliyindəki mövqeyini möhkəmlədib.
Apasport.az saytı xəbər verir ki, “ay-ulduzlular” öz meydanında Uelsə qalib gəlib.
Samsun şəhərində keçirilən qarşılaşma gərgin mübarizə şəraitində keçib. Birinci hissənin sonlarından azlıqda oynayan Uelsin müqavimətini 72-ci dəqiqədə qırmaq mümkün olub. Ümit Nayır və Arda Gülər fərqləniblər. Bu qələbədn sonra Türkiyə yığması xallarının sayını 9-a yüksəldib.
Günün ən məhsuldar matçı İngiltərədə qeydə alınıb. Meydan sahibləri Şimalı İrlandiyanın qapısından 7 cavabsız top keçiriblər. Finlandiya isə San-Marinoya acı məğlubiyyət yaşadıb (6:0).
Qeyd edək ki, bu gün seçmə mərhələ çərçivəsində daha 11 oyun keçiriləcək.
AVRO-2024, seçmə mərhələ
Finlandiya – San-Marino – 6:0
Ukrayna – Malta – 1:0
Ermənistan – Latviya – 2:1
Belarus – Kosova – 2:1
İngiltərə - Şim. Makedoniya – 7:0
Fransa – Yunanıstan – 1:0
İrlandiya – Cəbəllütariq – 3:0
İsrail – Andorra – 2:1
Şim. İrlandiya – Qazaxıstan – 0:1
Sloveniya – Danimarka – 1:1
İsveçrə – Rumıniya – 2:2
Türkiyə – Uels – 2:0