Tuxel məğlubiyyətləri dəyərləndirdi: “Çelsi” daha çoxuna, “Liverpul” isə uğura layiq idi”
19.05.2022 - 09:43
Tuxel məğlubiyyətləri dəyərləndirdi: “Çelsi” daha çoxuna, “Liverpul” isə uğura layiq idi”

“Kubokların finalında “Liverpul”a məğlubiyyətə hər kəs məyus oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin baş məşqçisi Tomas Tuxel deyil.

Almaniyalı mütəxəssis İngiltərə Liqa Kubokunun və İngiltərə Kubokunun finalında “Liverpul”a məğlubiyyəti dəyərləndirib. O, uğura layiq çıxış etdiklərini bildirib: “Əlimizdən gələni etdik, buna görə də məyusluq başqa səviyyəyə keçdi. Qələbəyə çox yaxın idik. “Çelsi” bu finallarda daha çoxuna layiq idi. Amma “Liverpul” da uğura layiqdir. Heç nəyə görə peşman deyilik. Məyusluğu tez həll edə bilirik, çünki özümüzdən şikayətimiz yoxdur. Qazansaydıq dörd kubokla çox uğurlu mövsüm olardı. Uduzsaq da, bu, komandanın finala gedən yoldakı səylərini dəyərdən salmayacaq”.

Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasında sona bir tur qalmış 70 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0