Üç ulduz PSJ-yə lazım olmadı
12.08.2023 - 15:21
Üç ulduz PSJ-yə lazım olmadı

PSJ-nin Liqa1-in ilk turu üçün sifariş vərəqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Fransa klubu üç ulduzunu heyətə daxil etməyib.

Kilian Mbappe, Neymar və Marko Verratti ilk turda oynamayacaq. “Loryan”la matç üçün heyətdə 20 futbolçu yer alıb.

Qeyd edək ki, “Loryan” – PSJ oyunu bu gün keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0