Uruqvay Byelsanı gətirir
03.12.2022 - 13:31
Uruqvay Byelsanı gətirir

DÇ-2022-də qrupda qalan Uruqvay millisinin baş məşqçi postunda dəyişiklik olacaq.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalılar Dieqo Alonsonu daha təcrübəli mütəxəssislə əvəz etməyə qərar verib.

Uruqvaylılar bu posta Marselo Byelsanı gətirəcək. 67 yaşlı mütəxəssis komanda ilə DÇ-2026-ya vəsiqə qazanmalıdır.

Byelsanın yığma təcrübəsi var. O, 1998-2004-cü illərdə Argentina, 2007-10-cu illərdə Çilini çalışdırıb. Mütəxəssisin son iş yeri “Lids” olub.

Qeyd edək ki, Uruqvay qrupda üçüncü yeri tutaraq 1/8 finaldan kənar qalıb.

writer photo
Əlirza Əlirzalı
0