VAR-ın “Barselona” və “Real”a təsiri
13.03.2023 - 16:49
VAR-ın “Barselona” və “Real”a təsiri

VAR sisteminin İspaniya La Liqasının liderlərinə təsiri bəlli olub.

Apasport.az saytının məlumatına görə, hakimin video köməkçisi “Barselona” və “Real”a fərqli təsir edib.

Bu qərarlar sayəsində komandalar arasında turnir cədvəlində fərq yaranıb. “Barselona” VAR-ın köməyi ilə 4 xal qazanıbsa, “Real” 5 xal itirib.

Hazırda turnir cədvəlinə Xavinin komandası başçılıq edir. 25 matçda 65 xal toplayan kataloniyalılar “Real”ı 9 xal qabaqlayır. Əgər VAR-ın müdaxilələri olmasaydı, hər iki komandanın 61 xalı olacaqdı.

Qeyd edək ki, “Barselona” XXV turda “Atletik”ə VAR-ın qərarından sonra qalib gəlib – 1:0. Hakimlər 87-ci dəqiqədə Bilbao təmsilçisinin qolunu ləğv edib.

writer photo
Əlirza Əlirzalı
0