Veratti “Əl Ərəbi”də
14.09.2023 - 09:46
Veratti “Əl Ərəbi”də

Daha bir futbolçunun karyerasını Ərəbistan yarımadasında davam etdirəcəyi rəsmiləşib.

Apasport.az saytı xəbər verir ki, PSJ-nin futbolçusu Marko Veratti Qətərin “Əl Ərəbi” klubuna transfer edilib.

30 yaşlı italiyalı yeni klubu ilə 2025-ci ilin yayına kimi qüvvədə olacaq razılaşma imzalayıb. Bu keçid qətərlilərə 45 milyon avroya başa gəlib.

Qeyd edək ki, İtaliya millisinin də şərəfini qoruyan futbolçu 2012/13 mövsümündən parislilərin heyətində çıxış edirdi.

writer photo
Əlirza Əlirzalı
0