Vieyra “Arsenal”da
17.06.2022 - 15:50
Vieyra “Arsenal”da

“Porto”nun futbolçusu Fabiu Vieyra karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya təmsilçisi açıqlayıb.

Klub rəhbərliyi 22 yaşlı yarımmüdafiəçinin “Arsenal”a keçidi ilə bağlı ingiltərəlilərlə razılıq əldə edib. Vieyranın transferi üçün 40 milyon avro ödəniləcək. Bunun 5 milyonu sonradan bonuslar kimi veriləcək.

Qeyd edək ki, Fabiu ötən mövsümün çempionatdakı 27 oyununda 6 qol və 14 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0