Volkan Demirelin yeni komandasının adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Türkiyənin “Bodrumspor” klubunu çalışdıracaq.
Tərəflər arasında danışıqlara əsasən, Super Liqa təmsilçisi Volkanla mövsümün sonuna kimi müqavilə imzalayacaq.
Son olaraq “Hatayspor”a rəhbərlik edən baş məşqçi ilə keçən mövsümün sonunda yollar ayrılıb.
Xatırladaq ki, ötən gün “Bodrumspor” rəhbərliyi sonuncu dəfə "Fənərbaxça"ya 2:0 hesabı ilə məğlub olan İsmet Taşdemirlə vidalaşıb.
Qeyd edək ki, klub Türkiyə Super Liqasında bu mövsüm çıxdığı 10 matçda 10 xal toplayaraq, 13-cü sırada qərarlaşıb.