Xabi Alonso yalnız bir kluba rəhbərlik etməyə hazırdır
15.04.2024 - 14:26
Xabi Alonso yalnız bir kluba rəhbərlik etməyə hazırdır

"Bayer"in baş məşqçisi Xabi Alonsonun gələcək planları məlum olub. 

Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Real Madrid"ə rəhbərlik etmək istəyir. O, 2025 və ya 2026-cı ildə Florentino Peresdən təklif gözləyir.

Alonso bütün diqqətini “kral klubu”nda işləməyə yönəltdiyi üçün “Bavariya” və “Liverpul”la danışıqlardan imtina edib.

Xatırladaq ki, Xabi daha əvvəl növbəti mövsümü “Bayer”də keçirəcəyini açıqlamışdı.

Qeyd edək ki, ötən gün Alonsonun rəhbərliyi altında Leverkuzen təmsilçisi tarixində ilk dəfə Almaniya çempionu olub. Həmçinin komanda ölkə kubokunun və UEFA Avropa Liqasının qalibi olmağa iddialıdır.

writer photo
Əlirza Əlirzalı
0