Xabi Alonsonun “Bayer”lə müqaviləsində maraqlı bənd
11.10.2023 - 14:57
Xabi Alonsonun “Bayer”lə müqaviləsində maraqlı bənd

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer”in baş məşqçisi Xabi Alonso ilə müqaviləsində olan detallardan biri bəlli olub.

Apasport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis mövsümün sonunda müqaviləsini pozmaq hüququna malikdir.

Bu, anlaşmadakı xüsusi bənddə öz əksini tapıb. İspaniyalı çalışdırıcı yalnız üç klubdan birinə keçə bilər. Əgər Xabi Alonso “Real”, “Bavariya” və ya “Liverpul”dan birinə baş məşqçi təyin edilsə, Leverkuzen klubu ilə müqaviləsini pozmaq hüququ qazanacaq.

Onun anlaşması 2026-cı ilin yayına qədər nəzərdə tutulub. İspaniyalı mütəxəssis 2022-ci ilin oktyabrından indiki klubunda çalışır. 

Qeyd edək ki, Xabi Alonso 2024-cü ilin yayında gedə biləcəyi hər üç klubda futbolçu kimi çıxış edib. O, “Real” (2009-14), “Liverpul” (2004-09) və “Bavariya”nın (2014-17) formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0