Xavi isveçli hücumçunu bəyənib
17.09.2023 - 15:14
Xavi isveçli hücumçunu bəyənib

“Barselona” hücum xəttini gücləndirmək niyyətindədir.

Apasport.az saytı xəbər verir ki, katalonlar Aleksandr İsakla maraqlanırlar.

“Nyukasl”da çıxış edən İsveç yığmasının üzvü “Barsa”nın baş məşqçisi Xavi tərəfindən bəyənilib. Əgər danışıqlar müsbət yekunlaşarsa İsak karyerasını İspaniyada davam etdirəcək. Onun ingilis klubu ilə 2028-i ilədək müqaviləsi var. 23 yaşlı forvardın transfer qiyməti 70 milyon avrodur.

Qeyd edək ki, bu mövsümdə Aleksandr Premyer Liqada 4 oyunda iki qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0