Xərçəng olan sabiq baş məşqçi: "Hamımız öləcəyimiz gündən qorxuruq"
21.08.2024 - 15:38
İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran Eriksson sevənləri ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, bir müddətdir xəstəlikdən əziyyət çəkən mütəxəssis həyatdan köçdükdən sonra unudulmaq istəmədiyini bildirib:
"Yaxşı həyatım var idi. Düşünürəm ki, hamımız öləcəyimiz gündən qorxuruq. Amma həyat da ölüm kimidir. Onu olduğu kimi qəbul etməyi öyrənməliyik. Ümid edirəm ki, insanlar mənim haqqımda “yaxşı adam idi” deyəcəklər".
Qeyd edək ki, yanvar ayında 76 yaşlı mütəxəssisin mədəaltı vəzi xərçəngi olduğu bildirilmişdi.
0
0