Yamal ən yaxşı adına layiq görüldü
28.10.2024 - 23:56
Yamal ən yaxşı adına layiq görüldü

“Qızıl top” mükafatının təqdimat mərasimi keçirilir.

Apasport.az xəbər verir ki, Parisin “Şatle” teatrında baş tutan tədbirdə ilk mükafat öz sahibini tapıb.

21 yaşadək futbolçular arasında keçirilən "Kopa Trophy" nominasiyasında Lamin Yamal qalib olub. "Barselona"nın yarımmüdafiəçisi geridə qoyduğumuz ildə İspaniya millisi ilə Avropa çempionu olub.

Orta sahə oyunçusu səsvermədə Arda Gülər ("Real") və Kobbi Manyunu ("Mançester Yunayted") geridə qoyub.

Qeyd edək ki, bu, onun ilk belə mükafatıdır.

writer photo
Əlirza Əlirzalı
0