UEFA 2024/25 mövsümü üçün Avropa kubokları yarışlarının təqvimini müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, iyunun 18-də Çempionlar Liqası, yenidən bərpa olunan Avropa Liqası və Konfrans Liqasının birinci təsnifat mərhələsinin, iyunun 19-da isə ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Çempionlar Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyulda, Avropa Liqası və Konfrans Liqasında 11 iyulda keçiriləcək. Cavab matçları İSƏ ÇL-də 16-17 iyul, AL və KL-də isə 18 iyulda təşkil olunacaq.
ÇL-də ilk turun oyunları 17-19 sentyabrda, AL-də 25/26 sentyabr, KL-də isə 3 oktyabrda keçiriləcək. Yarışların qrup mərhələləri isə Çempionlar Liqası və Avropa Liqasında sentyabrda, Konfrans Liqasında isə oktyabrda start götürəcək.
Qeyd edək ki, 2024/25 mövsümündən hər 3 turnir yeni formatda keçiriləcək.
- "Gent" – "Qarabağ" oyununun heyətləri AÇIQLANDI
- Əcnəbi Olimpiya çempionu Azərbaycanda
- Azərbaycan Qran-prisinin qalibi mükafatlandırıldı - FOTOLENT
- Azərbaycanlı voleybolçu Rumıniya Superkubokunu qazandı
- Ramin Quliyev: "Neftçi"də mövsümün gedişindəki uğurlu seriyanı saxlasaydı, fərqli alınardı" - MÜSAHİBƏ