Yenidən La Liqanın zirvəsində
11.12.2023 - 11:12
Yenidən La Liqanın zirvəsində

"Barselona"nı 4:2 hesabı ilə məğlub edən "Jirona" La Liqada yenidən zirvəyə yüksəlib.

Apasport.az xəbər verir ki, İspaniya La Liqasının 16-cı turundan sonra komanda xallarının sayını 41-ə yüksəldib.

Bununla da “Jirona” yenidən liqanın zirvəsində yer alıb. Keçirdiyi 16 matçda 13 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə ayrılan “Jirona” 38 dəfə fərqlənməklə yanaşı, qapısından 20 qol buraxıb. “Qırmızı-ağlar” ilk dəfə cari mövsümün 7-ci turunda liderliyə yüksəlib.

Qeyd edək ki, 10 qələbə və 4 heç-heçəsi olan "Barselona" isə 2-ci məğlubiyyətdən sonra 34 xalla 4-cü pilləyə düşüb.

writer photo
Əlirza Əlirzalı
0