Yol üstə olan baş məşqçi
18.05.2023 - 13:25
Yol üstə olan baş məşqçi

“Monako” mövsümün sonunda baş məşqçi ilə yolları ayıracaq.

Apasport.az saytı xəbər verir ki, “Knyazlıq klubu”nun rəhbərliyi 49 yaşlı Filip Klemanın işindən narazıdır.

2022-ci ilin yayından komandanın baş məşqçisi postunda olan belçikalı mütəxəssisin Fransa klubu rəsmiləri tərəfindən məlumatlandırıldığı bildirilir. “Monako” ilə daha bir illik müqaviləsi olan təcrübəli mütəxəssisin yeni mövsümdə ölkəsinin “Brügge” komandasını çalışdıracağı gözlənilir.

Qeyd edək ki, son 5 matçda cəmi 7 xal toplayan monakolular 35 turdan sonra 65 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alırlar.

writer photo
Əlirza Əlirzalı
0