Yurgen Klinsman istefaya göndərildi
16.02.2024 - 13:22
Cənubi Koreyanın futbol üzrə milli komandasının almaniyalı baş məşqçisi Yurgen Klinsman istefaya göndərilib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, millinin uğursuz çıxışı buna səbəb olub.
59 yaşlı mütəxəssisin rəhbərlik etdiyi milli Asiya Kubokunun yarımfinal matçında İordaniyaya 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, Yurgen Klinsmann 2023-cü ildə Cənubi Koreya millisinin baş məşqçisi təyin edilib. O, daha öncə ABŞ və Almaniya yığmalarını da çalışdırıb.
0
0