Bu gün Rusiya kubokunda final oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, böyük ajiotaja səbəb olan “Spartak”la “Dinamo”nun dueli bir çox mütəxəssislər üçün proqnoz meydanına çevrilib.
Görüşdən gözləntisini açıqlayanlar arasında Rusiyanın tanınmış futbol mütəxəssis Yuri Syomin də var. O, qarşılaşmadan sönük, az qollu, yəni ALT gözləyir:
“Düşünürəm ki, bu final əvvəlkilərdən fərqlənmir. Yalnız fərq odur ki, ənənəvi köhnə rəqiblər “Spartak”la “Dinamo” son illərdə ilk dəfə Rusiya kubokunun finalında qarşılaşacaq.
Bu, köhnə rəqabət, köhnə ənənələr, nəhəng maraqdır. Çoxdandır azarkeş anşlaqı görməyən “Lujniki” də dolu olacaq.
Bayram gözlənilir. Heç kimə üstünlük verməzdim. Çünki son vaxtlar bu komandalar Rusiya çempionatında heç də ən yaxşı nəticələrini göstərmir.
Amma əminəm ki, çox gərgin matç olacaq. Açıq futbol görəcəyimi düşünmürəm”.