"Yuventus" hücum xəttini yeniləmək niyyətindədir.
Apasport.az xəbər verir ki, turinlilər həmin mövqeyə 2 futbolçu seçib.
Həmin oyunçuların hər ikisi "Everton"da çıxış edir. Söhbət Beto və Dominik Kalvert-Lyuindən gedir. "Yuventus" onlardan birini icarəyə götürmək niyyətindədir.
"Qoca sinyora"nın baş məşqçisi Tiaqo Motta futbolçuların transferində şəxsən maraqlıdır. O, hücumçulardan birinin Duşan Vlahoviçin əvəzləyici ola biləcəyini düşünür.
Qeyd edək ki, ingiltərəlinin klubla müqaviləsi 2025-ci ilin yayında başa çatır. Afrikalı forvardın sözləşməsi isə 2027-ci ilin iyun ayına qədərdir.