“Yuventus” Kastanaya elçi düşdü
17.06.2023 - 14:34
“Yuventus” Kastanaya elçi düşdü

İtaliya “Yuventus”u heyətini gücləndirməyə hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, Turin klubu İngiltərə “Lester”indən Timoti Kastana elçi düşüb.

İtalyanlar 27 yaşlı sağ cinah müdafiəçisinin komandanı gücləndirəcəyini düşünürlər. Belçikalı futbolçunun özü də Turində yaşamağa maraqlıdır. İngilislərlə danışıqlara start verən “qoca sinyora” yaxın günlərdə transferi tamamlamağı hədəfləyir.

Qeyd edək ki, 2020-ci ildən “Lester”də oynayan Ksatan son mövsümdə 42 matçda 2 qol və 4 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0