Turin "Yuventus"u Lissabon "Sportinq"inin mərkəz müdafiəçisi Osman Diomande ilə maraqlanır.
Apasport.az "tuttosport"a istinadla xəbər verir ki, “qoca sinyora” yayda Kot d-İvuarlı futbolçunu transfer edə bilər.
20 yaşlı müdafiəçi ilə hazırda Avropanın bir çox top klubları maraqlanır. Futbolçuya "Real Madrid", "Çelsi" və "Arsenal" kimi komandalar maraq göstərirdi.
Yay "transfer pəncərəsi"ndə "Sportinq" perspektivli futbolçusunun transferinə razılaşa bilər.
"Transfermarkt" mərkəz müdafiəçisinin bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm Osman Portuqaliya çempionatının 17 matçında 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Millimizin baş məşqçisi niyə səfərə getməyib?
- Kuba və Azərbaycan Gimnastika Federasiyaları arasında anlaşma imzalanıb
- "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşib
- Şahmatçımız beynəlxalq festivalda iştirak edəcək
- Millimizin üzvü: “İslamiada və AVRO-2023-ün təsnifatında yaxşı çıxış edəcəyik”