“Yuventus” və “İnter” almaniyalı uğrunda mübarizə aparır
16.10.2024 - 16:34
İtaliya A Seriya təmsilçiləri “Yuventus” və “İnter” Bundesliqa klubu “Bayer 04”dən Conatan Tanı istəyir.
Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan təmsilçisi hazırda müqaviləsi mövsüm sonu bitəcək oyunçu ilə razılığa gəlməyə çalışır.
“Yuventus” isə tranferi qışda gerçəkləşdirmək istəyir. Onlar Tanı Bremerin əvəzləyicisi kimi görürlər.
"Qoca sinyora"ya keçidin baş tutması üçün oyunçunun hazırki klubu ilə razılaşması gözlənilir.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi 2015-ci ildən “Bayer 04”ün şərəfini qoruyur.
0
0