"Yuventus"da Alleqrinin yerinə namizəd
04.03.2024 - 23:18
"Yuventus"da Alleqrinin yerinə namizəd

İtaliyanın "Yuventus" klubu mövsümün sonunda baş məşqçi dəyişikliyi etməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, Turin təmsilçisi Massimiliano Allqeri ilə yollarını ayıracaq. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

"Yuventus" hazırda "Bolonya"nı çalışdıran Tiaqo Mottanı baş məşqçi postuna gətirmək istəyir. Artıq tərəflər arasında ilk görüş baş tutub. İtaliyalı mütəxəssis "ağ-qaralar"ı çalışdırmağa isti yanaşır.

writer photo
Əlirza Əlirzalı
0