“Yuventus”dan Di Mariya qərarı
22.05.2023 - 11:49
“Yuventus”dan Di Mariya qərarı

“Yuventus”un futbolçusu Anxel di Mariya yayda klubunu dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, argentinalı vingerin azad agent statusu alacağı gözlənilir.

İtaliya klubu onunla müqaviləni uzatmaq fikrində deyil. Turinlilər öncə 35 yaşlı futbolçunu heyətində saxlamaq istəsə də, sonradan qərarını dəyişib. Klub rəhbərliyi heyəti gəncləşdirmək fikrindədir.

Qeyd edək ki, Di Mariya 2022-ci ilin yayından “Yuventus”da forma geyinir.
 

writer photo
Əlirza Əlirzalı
0