“Yuventus”dan Mbanqula qərarı
26.09.2024 - 21:55
“Yuventus”dan Mbanqula qərarı

"Yuventus" Samuel Mbanqula ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, turinlilər onu komandada saxlayıb.

"Qoca Sinyora" onunla müqaviləni yeniləyib. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Belçikalı futbolçu 2028-ci ilin yayına kimi "Yuventus"un şərəfini qoruyacaq.

Qeyd edək ki, Mbanqula 2020-ci ildən A Seriyası təmsilçisinin üzvüdür.

writer photo
Əlirza Əlirzalı
0