Yuxuya qaldı, komandanın oyununa gecikdi
24.09.2023 - 14:49
Yuxuya qaldı, komandanın oyununa gecikdi

Niderland çempionatında maraqlı hadisə baş verib.

Apasport.az saytı xəbər verir ki, yuxuya qalan Malik Tilman PSV-nin oyununda iştirak edə bilməyib.

21 yaşlı yarımmüdafiəçi “Almere Siti” ilə səfərdə keçirilən qarşılaşmaya yollanmayıb. Tilman telefon zənginə oyanmayıb və komandanın düşərgəsinə vaxtında qoşulmayıb. O, öz hesabına səfərə yollanmaq istəsə də, baş məşqçi Peter Boş buna qarşı çıxıb. Baş verənlərə görə, gənc oyunçunun hər hansı cəzaya məruz qalması ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, PSV dünən səfərdə rəqibinə 4:0 hesabı ilə qalib gəlib.
 

writer photo
Əlirza Əlirzalı
0