Zahanın "Qalatasaray"dakı problemi
01.11.2023 - 10:58
Zahanın "Qalatasaray"dakı problemi

Vilfrid Zahanın "Qalatasaray"da gözləntiləri doğrultmama səbəbi bəlli olub.

Apasport.az xəbər verir ki, baş məşqçi Okan Buruk hələ də istənilən səviyyəyə çatmayan hücumçunun üzləşdiyi problemi müəyyənləşdirib.

Baş məşqçi forvardın “Qalatasaray”da hələ də sistemə uyğunlaşmadığını düşünür. O, Zahanın tezliklə tam adaptasiya olacağına ümid edir.

Qeyd edək ki, bu mövsüm "Qalatasaray"ın heyətində ümumilikdə 11 matça çıxan Zaha 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0