Azərbaycan derbisi: "Neftçi" "Qarabağ"la üz-üzə - YENİLƏNİR
09.11.2025 - 11:14
Azərbaycan derbisi: "Neftçi" "Qarabağ"la üz-üzə - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XI tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, son gün 2 qarşılaşma baş tutacaq.

Son çempion “Qarabağ” öz meydanında əzəli rəqibi “Neftçi” qəbul edəcək.

“Azersun Arena”da baş tutacaq Azərbaycan derbisini Elçin Məsiyev idarə edəcək.

Misli Premyer Liqası
XI tur

18:44 “Qarabağ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
“Azersun Arena”