“Qarabağ” “Atletik” səfərində - YENİLƏNİR
22.10.2025 - 09:27
“Qarabağ” “Atletik” səfərində - YENİLƏNİR

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turu çərçivəsində növbəti matçına çıxacaq.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə İspaniya təmsilçisi "Atletik"lə üz-üzə gələcək.

Oyuna Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Qeyd edək ki, geridə qalan iki turdan sonra “Qarabağ”ın 6, “Atletik”in isə xalı yoxdur.

UEFA Çempionlar Liqası
III tur
20:45. “Atletik” - “Qarabağ” 
 
Baş hakim: İqor Payaç (Xorvatiya)
Bilbao, “San Mames” stadionu