“Kəpəz” baş məşqçi dəyişikliyi etmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub yeni sezon üçün bu posta Mirça Redniki dəvət etməyi planlaşdırır.
Gəncə təmsilçisi artıq rumıniyalı mütəxəssislə əlaqəyə keçib.
Bildirilir ki, Rednik özü də Azərbaycana qayıtmağa müsbət yanaşır. Hətta təcrübəli məşqçinin “Kəpəz”ə “gələrəm” dediyi də olub.
Amma əsas məsələ maliyyə şərtləridir. Rednik yalnız nəzərdə tutduğu heyəti yığmaq üçün tələb olunan büdcənin ayrılacağı təqdirdə, Gəncə klubuna gəlməyə razıdır.
Qeyd edək ki, 63 yaşlı məşqçi ölkə xaricində “Əl-Nəsr”, “Əl-Faysali” (hər ikisi Səudiyyə Ərəbistanı), “Alaniya” (Rusiya), “Gent”, “Standart”, “Muskron” (hamısı Belçika) və “Xəzər Lənkəran”ı çalışdırıb. Hazırda isə Rednik "UTA Arad"ın baş məşqçi postundadır.
- Akenin durumuna aydınlıq gəldi
- "Zaqatala"nın baş məşqçisi: "Yaxşı heyət yığmaqla komanda oyunu nümayiş etdirmək fərqli şeylərdir"
- Aleks Souzanın durumuna nə vaxt aydınlıq gələcək? - ÖZƏL
- "Neftçi"nin zədəlilərinin durumu bəlli oldu
- Kaxaber Sxadadze: "Bəzi insanlar düşünürdülər ki, “Qəbələ” dağılacaq"