Toral Bayramov: "Qələbə qazanmağa çalışacağıq"
07.09.2024 - 19:20
Toral Bayramov: "Qələbə qazanmağa çalışacağıq"

Futbol üzrə Azərbaycan milli komandası sabah növbəti matçını keçirəcək.

Apasport.az xəbər verir ki, Millətlər Liqasının C1 qrupunda mübarizə aparan yığmamız Slovakiya seçməsi ilə qarşılaşacaq.

Oyundan öncə komandamızın futbolçusu Toral Bayramov mətbuat konfransında iştirak edib. Sizi yarımmüdafiəçinin fikirləri ilə tanış edirik:

"Sabah bizi çox yaxşı komandaya qarşı oyun gözləyir. Son Avropa çempionatında uğurlu çıxış ediblər. Buna baxmayaraq baş məşqçinin dediklərini yerinə yetirib qələbə qazanmağa çalışacağıq".

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Komandada atmosfer necədir?
- Oyuna yaxşı hazırlaşmışıq. Görüşə tam hazırıq.

- Sabah ağır matç olacaq. Komandadan sürpriz gözləyə bilərikmi?
- Baş məşqçinin tapşırıqlarını yerinə yetirib vuruşsaq, niyə də olmasın? Buna gücümüz var.

- Səni müxtəlif mövqelərdə görmüşük. Bəs hansı mövqe sənə daha rahatdır?
- Mənə görə mövqeyin fərqi yoxdur. Sağ cinah, sol cinah... Diqqətlə baxsaz, "Qarabağ"da fərqli mövqelərdə oynamışam. Özümü narahat hiss etmirəm. Məşqçi harda şans versə, çalışacam ki, orda da komandaya kömək edim. 

- Uğurlu penaltilər vurmağı bacarırsan. Bu məsuliyyəti millidə də üstünə götürə bilərsən?
- Bu, mənim cavab verə biləcəyim sual deyil. Ən yaxşısını baş məşqçi bilir.

Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı sentyabrın 8-i saat 20:00-da start götürəcək.

writer photo
İsmayıl Xeyrullayev
0