"Trabzonspor"un ümumi borcu 10 milyardı ötüb
22.11.2024 - 10:35
Türkiyənin nəhəng klublarından olan "Trabzonspor"un ümumi borcunun miqdarı müəyyənləşib.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə klub İctimaiyyəti Məlumatlandırma Platformasına hesabat təqdim edib.
Super Liqa təmsilçisinin ümumi borcu 10 milyard 357 milyon 387 min 711 türk lirəsi məbləğindədir.
Həmçinin klub 219 milyon 212 min 262 lirə zərərə uğrayıb.
Qeyd edək ki, "Trabzonspor" hazırda Super Liqanın turnir cədvəlində 12 xalla 13-cü yerdədir.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0