"Atletik"in futbolçusu diskvalifikasiya edilib
08.09.2025 - 16:07

"Atletik"in futbolçusu Yeray Alvarez diskvalifikasiya edilib.
Apasport.az xəbər verir ki, ispaniyalı müdafiəçi ötən mövsüm UEFA Avropa Liqasında "Mançester Yunayted"ə qarşı çıxdığı matçda istifadəsi qadağan olunan maddədən istifadə etdiyi üçün cəzalanıb.
Bu barədə UEFA Komitəsi açıqlama verib.
30 yaşlı oyunçunun "qırmızı şeytanlar"a qarşı oynadığı qarşılaşmada xərçəng xəstəliyindən yaranan saç tökülməsinin qarşısını almaq üçün istifadə etdiyi maddənin dopinq tərkibli olduğu məlum olub.
Qurum tərəfindən futbolçuya 10 aylıq cəza verilib.
- Azarkeş qalıb kənarda, “alverçi”lər düşüb ortaya: Futbolumuzda “qara bazar” problemi
- Millimiz təlim-məşq toplanışının ilk mərhələsini yekunlaşdırıb
- III MDB Oyunlarının Təşkilat Komitəsinin birinci iclası keçirilib
- Türkiyəli futbolçu “Başakşəhər”də - rəsmi
- Azərbaycan millisinin keçmiş futbolçusu dələduzluğa görə tutulub
0
0