AFFA-nın növbəti konfransının vaxtı dəyişdirilib
30.03.2008 - 18:27
AFFA-nın növbəti konfransının vaxtı dəyişdirilib
Bakı. Mehman Süleymanov-APA-Sport. AFFA-nın hesabat-seçki konfransının vaxtı dəyişdirilib. “APA-Sport” agentliyinin məlumatına görə, federasiyanın İcraiyyə Komitəsi (İK) növbəti konfransın aprelin 28-də keçirilməsi ilə bağlı qərar çıxarıb. Hesabat-seçki konfransının aprelin 26-da keçirilməsi nəzərdə tutulmuşdu ki, bu da həftənin şənbə gününə təsadüf edir. Yeni iş həftəsinin ilk günündə keçirilməsi məqsədəuyğun sayılan konfransda İK-nın yeni tərkibinin üzvləri ilə yanaşı, AFFA-nın vitse-prezidentləri seçiləcək. İK-nın bugünkü toplantısında AFFA-nın Nizamnaməsinə uyğun olaraq Konfransın gündəliyinin və üzvlüyə qəbul olunmaqla bağlı keçid dövrü üçün Əsasnamənin təsdiq olunması haqda qərar qəbul olunub.
Qeyd edək ki, AFFA-nın son illərdə hesabat xarakteri daşıyan konfransları bir qayda olaraq aprelin 26-da keçirilib.
0