Toğrul Hacıyev: “AFFA bu dəfə düzəliş edib”
30.03.2008 - 18:34
Toğrul Hacıyev: “AFFA bu dəfə düzəliş edib”
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. “Bütün meyarlara görə təqaüd almağa layiq idim. Amma nədənsə yaddan çıxmışdım. Bu dəfə düzəliş ediblər”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasına Azərbaycan futbolunun veteranı Toğrul Hacıyev deyib. AFFA-nın sabiq vitse-prezidenti təqaüdə layiq görüləcəyini əvvəldən bilirmiş: “Əvvəldən bu haqda mənə məlumat vermişdilər. Sağ olsunlar ki, Azərbaycan futbolundakı xidmətlərimi nəzərə alıb mənə təqaüd veriblər. Mənin adım birinci açıqlanan siyahıda olmalı idi. Azərbaycan futbolu üçün gördüyüm işləri hamı bilir. Azsaylı mütəxəssislərdən biriyəm ki, bu qədər iş görmüşəm”.
0