Daniel Axtyamovun komandası yeni mövsümdə ilk qələbəsini qazanıb
31.03.2008 - 11:18
Daniel Axtyamovun komandası yeni mövsümdə ilk qələbəsini qazanıb
Podolsk. Mehman Süleymanov-APA-Sport. Azərbaycan yığmasının hücumçusu Daniel Axtyamovun çıxış etdiyi Moskvanın “Torpedo” klubu yeni mövsümdə ilk qələbəsini qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Rusiya çempionatının birinci divizionunda mübarizə aparan paytaxt təmsilçisi 2-ci turda səfərdə “Vityaz” klubunu 1:0 hesabı ilə məğlub edib. D.Axtyamov Podolskda keçirilən görüşdə ehtiyatda qalıb. Azərbaycan milli çempionatında iştirak etmiş gürcüstanlı müdafiəçi Valeri Abramidze ilə moldovalı hücumçu Anatoli Doroş isə 2-ci turda meydana çıxıblar. 28 yaşlı V.Abramidzenin şərəfini qoruduğu “Anji” hesabat turunda böyük hesablı qələbə (4:0) qazandığı halda, 24 yaşlı A.Doroşun çıxış etdiyi “Volqa” rəqibi ilə qolsuz bərabərliklə (0:0) ayrılıb.
0