Nüvər Xasıyev: “Anar Niyazovun futbolçulara göstərdiyi vərəqələr doğru idi”
31.03.2008 - 15:53
Nüvər Xasıyev: “Anar Niyazovun futbolçulara göstərdiyi vərəqələr doğru idi”
Bakı. Mehman Süleymanov-APA-Sport. “Anar Niyazovun “Olimpik” - “Standard” görüşündə idarəçiliyindən razı qaldım. Onun yerinə başqa hakim olsaydı, bu ağır oyundan baş çıxara bilməzdi”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan Premyer Liqasının hesabat turunda “Olimpik” – “Standard” matçının (1:0) hakim-inspektoru olan Nüvər Xasıyev deyib. Onun sözlərinə görə, baş hakim Anar Niyazovun verdiyi qərarlar doğru imiş: “Anarın bəzi səhvləri olsa da, bunlar nəticəyə təsir edən deyildi. Onun verdiyi həm sarı, həm də qırmızı vərəqələr doğru idi. Niyazov həm kobudluq edən, həm də simulyasiyaya yol verən futbolçuları cəzalandırırdı”.
0