“Xəzər-Lənkəran” “Neftçi” və “Kəpəz“in nəticəsini təkrarlayıb
24.04.2008 - 10:33
Bölgə təmsilçisini arxada qoymaq üçün Anatoli Demyanenkonun yetirmələri XVI Azərbaycan kubokunun yarımfinal səddini aşmalı idi. Ardıcıl 3-cü dəfə bu mərhələdə uduzan “Neftçi”dən fərqli, “Qəbələ” ilk dəfə yüksəldiyi yarımfinalda məğlub olub. Ramiz Məmmədovun yetirmələri baş tutacaq 15-ci final oyununun 15-ci iştirakçısı olmaq şansını əldən verib. Belə ki, indiyədək yalnız 14 komanda həlledici qarşılaşmanın iştirakçısı olub. “İnter” 2-ci, “Xəzər-Lənkəran” 3-cü dəfə finalda oynayacaq ki, cənublular da öz növbəsində bir rekordu təkrarlayıb. İndiyədək yalnız iki komanda ardıcıl iki dəfə həlledici matçda çıxış edib. Maraqlıdır ki, həm 1996, həm də 1998-ci ildə müvafiq olaraq “Neftçi” və “Kəpəz” bir il əvvəl qazandığı titulu qorumalı olub və bunun öhdəsindən uğurla gəlib. “Xəzər-Lənkəran” da bu iki komanda kimi, finalda qələbə qazandıqdan bir il sonra yenidən həlledici matça vəsiqə qazanıb.
Qeyd edək ki, “Neftçi” daha bir halda, ardıcıl iki kubokun finalında mübarizə aparıb. Üç illik fasilə ilə keçirilən final oyunlarında (2001 və 2004) oynayan flaqman əvvəl məğlub olub, növbəti finalda isə qələbə qazanıb.
1. “Neftçi” 5 dəfə finala çıxıb (4 dəfə kuboku qazanıb)
“Qarabağ” 5 (2)
3. “Kəpəz” 4 (4)
4. “Xəzər-Lənkəran” 3 (1)
5. “Şəmkir” 2
“Kür-Nur” 2
“İnter” 2
8. “Bakı” 1 (1)
“İnşaatçı” (Bakı) 1 (1)
“Şəfa” 1 (1)
11. “İnşaatçı” (Sabirabad) 1
“Karvan” 1
“Xəzri” 1
“MKT-Araz” 1
Qeyd edək ki, “Neftçi” daha bir halda, ardıcıl iki kubokun finalında mübarizə aparıb. Üç illik fasilə ilə keçirilən final oyunlarında (2001 və 2004) oynayan flaqman əvvəl məğlub olub, növbəti finalda isə qələbə qazanıb.
1. “Neftçi” 5 dəfə finala çıxıb (4 dəfə kuboku qazanıb)
“Qarabağ” 5 (2)
3. “Kəpəz” 4 (4)
4. “Xəzər-Lənkəran” 3 (1)
5. “Şəmkir” 2
“Kür-Nur” 2
“İnter” 2
8. “Bakı” 1 (1)
“İnşaatçı” (Bakı) 1 (1)
“Şəfa” 1 (1)
11. “İnşaatçı” (Sabirabad) 1
“Karvan” 1
“Xəzri” 1
“MKT-Araz” 1
0
0