Azərbaycan Premyer Liqasının oyunlarının başlanma vaxtı dəyişdirilib
24.04.2008 - 10:46
Azərbaycan Premyer Liqasının oyunlarının başlanma vaxtı dəyişdirilib
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan Premyer Liqasının XXIV turunun oyunlarında dəyişiklik edilib. “APA-Sport” agentliyinin məlumatına görə, mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş mərasimlərin keçirilməsi ilə əlaqədar AFFA həmin günə nəzərdə tutulan oyunları bir gün sonraya təyin edib. Mayın 11-də keçirilməsi nəzərdə tutulan matçlar isə 12-də baş tutacaq.
“Standard” “İnter” kimi ev oyunlarını “Şəfa” stadionunda keçirdiyi üçün, ABN ilə görüşü daha tez başlayacaq və turun açılış matçı olacaq.

9 may (cümə)

“Standard” – ABN

11 may (bazar)

“Masallı” – “Simurq”
“Neftçi” – “Xəzər-Lənkəran”
“İnter” – “Turan”

12 may (bazar ertəsi)

“Olimpik” – “Karvan”
“Bakı” – “Qarabağ”
“Qəbələ” – “Gənclərbirliyi”
0