Anatoli Demyanenko həmyerlilərinin rekordlarını təkrarlaya bilməyib
24.04.2008 - 11:38
A.Demyanenko Azərbaycan karyerasının ilk 11 matçında uduzmamışdı ki, həmyerlisi Viktor Pasulkonun rekordunu təkrarlamaq üçün ona bir oyun lazım idi. Lakin digər həmyerlisi Valentin Xodukinin çalışdırdığı “İnter” klubu V.Pasulkonun rekordunun təkrarlanmasına imkan vermədi. “Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi cənubluların baş məşqçisi təyin olunduqdan sonra ilk 12 qarşılaşmada uduzmamışdı. Debütdəki məğlubiyyətsiz oyunlar seriyasına görə ikinci olan A.Demyanenko əcnəbi məşqçilərin Azərbaycandakı məğlubiyyətsiz oyunlar seriyaları arasında 6-cı olub. Ən azı 10 matç ardıcıl məğlub olmayan 6-cı məşqçi olan 49 yaşlı mütəxəssis 7 belə göstərici arasında da 6-cı nəticə göstərib. Lakin A.Demyanenko daha bir seriyaya da başlayıb ki, onun rəhbərliyi altında komandası 4 oyundur qələbə qazana bilmir.
N | məşqçi | komanda | seriya | çempionat | kubok | Son məğlubiyyət | İlk məğlubiyyət |
1 | Anatoli Konkov | “İnter” | 15 | 12 | 3 | 24.11.2004 | 19.03.2005 |
2 | Anatoli Konkov | “İnter” | 14 | 12 | 2 | 28.05.2005 | 17.12.2005 |
3 | Qyoko Hacievski | “Bakı” | 13 | 9 | 4 | 30.09.2007 | 01.03.2008 |
4 | Rasim Kara | “Xəzər-Lənkəran” | 12 | 10 | 2 | 13.12.2004 | 16.04.2005 |
5 | Viktor Pasulko | “Xəzər-Lənkəran” | 12 | 9 | 3 | - | 07.05.2006 |
6 | Anatoli Demyanenko | “Neftçi” | 11 | 8 | 3 | - | 23.04.2008 |
7 | İqor Nakoneçnı | “MKT-Araz” | 10 | 6 | 4 | 03.11.2006 | 18.03.2007 |
0
0