Valentin Xodukin: “Demyanenkonun təbrikinə ehtiyacım yoxdur”
24.04.2008 - 11:56
Valentin Xodukin: “Demyanenkonun təbrikinə ehtiyacım yoxdur”
Onun sözlərinə görə, komandası 1:0 hesabı ilə qələbə qazandığı cavab görüşündə rəqibi taktiki planda üstələyib: “Ağıllı oynayıb, istədiyimizə nail olduq. “İnter” finala çıxmağa daha layiq idi. Hər halda, oyunların heç birində məğlub olmadıq və meydanı qolsuz tərk etmədik”. “Neftçi”ni çalışdıran Anatoli Demyanenkonu Azərbaycanda ilk məğlub edən məşqçi kimi tarixə düşən V.Xodukin görüşdən sonra həmyerlisindən finala çıxmaqla bağlı təbrik almayıb: “Demyanenko məni qələbə münasibətilə təbrik etmədi. Əslində, təcrübəli mütəxəssis kimi, buna ehtiyacım da yoxdur. Görünür, Azərbaycan futbolunda münasibətlər Avropa səviyyəsinə çatmayıb”.
0