Məlik Həsənov: “Xəzər-Lənkəran” UEFA-nın tələblərini yerinə yetirməlidir”
24.04.2008 - 12:16
Onun sözlərinə görə, “Xəzər-Lənkəran”ın gələn mövsüm avrokuboklarda oyununu öz meydanında keçirməsi üçün UEFA-nın qarşıya qoyduğu vəzifələr həll edilməlidir: “Stadionların lisenziyalaşdırma məsələləri ilə məşğul olan UEFA-nın nümayəndəsi David Paniaşvili Lənkərana səfəri ilə bağlı öz qeydlərini aparıb. Oradakı şərait Çempionlar Liqası və UEFA kubokunun təsnifat mərhələsi oyunları keçirməyə imkan verir. Sadəcə, infrastrukturla bağlı məsələləri yerinə yetirmək lazımdır. Bu, ilk növbədə aeroport və otellərlə bağlıdır. UEFA keçirdiyi oyunlar zamanı komandalar və azarkeşlərin oyunadək yerləşdirilməsini də nəzərə alır”.
Ötən yay Çempionlar Liqasının təsnifat mərhələsində Zaqrebin “Dinamo” klubu ilə oyunlarını Bakıda keçirən “Xəzər-Lənkəran” rəhbərliyi bu dəfə belə problemin yaranmayacağını hesab edir. M.Həsənov isə stadionun texniki pasportunun hazır olması ilə işi bitmiş saymır: “Həmin vaxt xorvatiyalılar Bakıdan Lənkərana yollanmaqda problem görməsələr də, məsələ həll olunmadı. UEFA bizə göndərdiyi faksda hava limanı ilə oyunun keçiriləcəyi stadion arasında məsafənin çox olmasını göstərdi. Məsafə 268 km-dir və qitə futbol qurumu bunu çox hesab edir. Bildiyimə görə, Lənkəranda beynəlxalq hava limanı inşa edilir. Gələn ay lisenziyalaşdırma prosesi başa çatacaq və lazım gələrsə, UEFA nümayəndələri yenidən Azərbaycana gəlib, son sözü deyəcəklər”.
Qeyd edək ki, almaniyalı Berti Foqtsun gəlişindən sonra milli komandamızın da oyunlarını 15 min azarkeş tutumu olan Lənkərandakı mərkəzi arenada keçirməsi müzakirə olunur.

0
0