Bosniya və Herseqovina Futbol Federasiyasının prezidenti: “Azərbaycan yığması oyunun 24 saat sonra keçirilməsini bizdən xahiş edib”
24.04.2008 - 13:18
O bildirib ki, Azərbaycanla yoldaşlıq görüşünün mayın 31-də keçirilməsi planlaşdırıbmış: “Azərbaycan oyunun bir gün sonraya salınmasını mayın 28-də ölkə kubokunun final matçının keçirilməsi ilə izah edirdi. Biz də onların xahişinə hörmətlə yanaşıb, yoldaşlıq görüşünün tarixinin mayın 31-dən iyunun 1-ə keçirilməsinə razı olduq”. İ.Dominkoviç qarşılaşmanın mayın son günündə keçiriləcəyini xəbər verən yerli mətbu orqanlarına vaxtın dəyişdirilməsini belə izah edib: “Əslində, bu variant bizə də sərf edir. Çünki mayın 31-də Bosniya və Herseqovina Premyer Liqasında sonuncu turun qarşılaşmaları keçiriləcək. Elə bu səbəbdən Azərbaycanın xahişi yerinə düşdü”.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin heyətini ölkə xaricində çıxış edən futbolçular təşkil edir.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin heyətini ölkə xaricində çıxış edən futbolçular təşkil edir.
0
0