“Araz” klubu ardıcıl dördüncü dəfə Azərbaycan çempionu olub
24.04.2008 - 13:24
“Araz” klubu ardıcıl dördüncü dəfə Azərbaycan çempionu olub
Bakı. Aqşin Əliyev - APA-Sport. Naxçıvanın “Araz” futzal klubu XIV Azərbaycan çempionatının qalibi olub. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün yarışda növbəti qələbəsini qazanan Məmmədqulu Zeynalovun yetirmələri vaxtından qabaq çempion tituluna yiyələniblər. “Araz” çempionatda 12-ci qələbəsini “Sumqayıt” üzərində rəsmiləşdirib – 5:2. Bununla da, naxçıvanlılar ardıcıl dördüncü dəfə ölkə birinciliyinin qızıl medallarına sahib çıxıblar. Hazırda “Araz” 14 oyundan 37 xal toplayıb. Bu komandanın ən yaxın izləyicisi “Qarabağ veteranları” liderdən 1 görüş artıq keçirsə də, aktivinə 24 xal yazdırıb. Sonrakı sıralarda ardıcıllıqla TT (13 oyun, 20 xal), “Sumqayıt” (13 oyun, 19 xal) və “Futbol+” (15 oyun, 0 xal) qərarlaşıb. Aprelin 30-da turnirdə iki matç keçiriləcək. Konkret təqvimi olmadığından milli çempionatın yekunlaşacağı tarix məlum deyil.
0